Şəhər sakinləri Dahi şəxsiyyət Heydər Əliyevlə bağlı təəssüratlarını SƏS TV ilə bölüşdülər - FOTOLAR
Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli lideri Heydər Əliyevin vəfatından 10 il ötür. SİA-nın məlumatına görə, Azərbaycanın dahi oğlu Heydər Əliyevin əbədiyyətə qovuşmasının 10-cu ildönümü günü - dekabrın 12-də də paytaxt sakinləri, respublikamızın rayon və şəhərlərinin nümayəndələri, xarici ölkələrdən gəlmiş qonaqlar Fəxri xiyabanı ziyarət edərək, xalqımızın Ümummilli liderinin xatirəsini dərin ehtiramla yad edib, onun məzarı önünə əklillər, gül dəstələri qoyub, müdrik dövlət xadiminə Allahdan rəhmət diləyiblər. SƏS TV olaraq biz də həm millət vəkillərinin, həm də şəhər sakinlərinin Dahi şəxsiyyətlə bağlı təəssüratlarını öyrənməyə çalışdıq:
.jpg)
Millət vəkili Nizami Cəfərov: "Ümummilli lider Heydər Əliyev tarixi şəxsiyyətdir. Azərbaycanın qurulmasında, müstəqil dövlət olaraq formalaşmasında Ulu öndərin xidmətləri əvəzsizdir. Bunun dərk edilməsi hələ uzun zaman tələb edəcək. Azərbaycanın hər il qazandığı bütün uğurların strateji əsası məhz Ulu öndərin adı ilə bağlıdır. Biz hər il hiss edirik ki, tarix Azərbaycan üçün Heydər Əliyev şəxsiyyətini yetirməkdə ölkəmizin taleyini düzgün həll edib".

KİVDF-nin sədri Vüqar Səfərli: "Ümummilli lider Heydər Əliyevin Azərbaycanın quruculuğunda, dövlətçiliyimizin qorunmasında böyük əməyi var. Bu gün Azərbaycanın bu formada müstəqilliyini davam etdirməsinin, ölkəmizdə görülmüş bütün işlərinin əsas səbəbkarı bilavasitə Dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Hazırda bu siyasi kursu cənab Prezident İlham Əliyev uğurla davam etdirir. Biz bütün sahələrdə bu inkişafı hiss edir və görürük. Azərbaycan iqtisadi göstəricilərinə görə, dünyada birinci yerdədir. Biz bununla fəxr edirik ki, məhz İlham Əliyev kimi rəhbərimiz var".

Şəhər sakini İlyar Vahabov: "Biz hər il Fəxri Xiyabana gələrək Ulu öndər Heydər Əliyevin məzarını ziyarət edirik. Biz bunu özümüzə borc bilirik. Bu, bir növ gələcək gənclərimizə də örnəkdir. Hər dəfə Dahi şəxsiyyətin məzarını ziyarət edərkən bir anlıq gözlərimin önündən həmin o illər keçir".

Şəhər sakini Vəfa Ağayeva: "Mən bir gənc olaraq deyərdim ki, Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin gələcək nəsillərə çatdırmaq üçün Dahi şəxsiyyət haqqında yazılan kitablar, dərsliklər mühüm rol oynayır. Düşünürəm ki, Ulu öndərlə bağlı tədbirlərin keçirilməsi belə gənc nəsil üçün xüsusilə vacib amillərdəndir. Əgər biz bu gün rahat bir şəraitdə, müstəqil Azərbacanımızda gənc nəsli böyüdə biliriksə, təbii ki, buna görə Ulu öndərin şəxsiyyətinə borcluyuq. Hər bir insan fəxr edir ki, Heydər Əliyev kimi siyasətçimiz olub".

Şəhər sakini İntizarə Quliyeva: "Biz hər il əvəzedilməz lider Ulu öndər Heydər Əliyevin məzarını ziyarət edirik. Çalışmalıyıq ki, bundan sonra da bu siyasi kursu uğurla davam etdirən cənab Prezident İlham Əliyevin arxasında möhkəm dayanaq".
Qeyd edək ki, Ümummilli lider Heydər Əliyev bir sıra beynəlxalq mükafatlara, müxtəlif ölkələrin universitetlərinin fəxri doktoru adına və digər yüksək nüfuzlu fəxri adlara layiq görülüb. O, dörd dəfə "Lenin" ordeni, "Qırmızı Ulduz" ordeni və çoxlu medallarla təltif edilib, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adını alıb.
Heydər Əliyev rəhbərlik etdiyi dövrdə daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərinin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarıb.
Xatırladaq ki, bu gün Heydər Əliyevin vəfatından 10 il ötür. O, 2003-cü il dekabrın 12-də dünyasını dəyişib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB