"Ulu Öndər haqqında həyatdan getmiş bir insan kimi danışmaq mümkün deyil. Ona görə ki, Ümummilli Lider böyük miqyaslı işləri ilə əbədilik qazanıb". Bu sözləri SİA-ya millət vəkili Zahid Oruc Ulu Öndərin anım günü ilə bağlı fikirlərini bölüşərkən deyib.
Onun sözlərinə görə,Ümummilli Lider Heydər Əliyev müqəddəs kəlamları özündə ehtiva edən müqəddəs kitab kimidir: "Sanki tarixin hər dönəmində təzə yazılıb və hər yeni nəsil, xalq onu öyrənir və həyatını ona uyğunlaşdırmağa çalışır. Hər kəs Ulu Öndər haqqında onu dərk etdiyi kimi danışır. Lakin heç kəs onu olduğu kimi dərk edə bilməz. Əgər belə olsaydı o, Heyər Əliyev olmazdı. Düşüncə tərzinə, qabaqgörənliyinə görə, üstün olan Ulu Öndər tərəfindən əsası qoyulan siyasətin nəticəsidir ki, bu gün Azərbaycan Qafqazda lider ölkəyə çevrilib".
Açıqlaması zamanı Z.Oruc Ulu Öndərlə bağlı bədii film çəkilməsi təklifini də irəli sürüb: "Mən təklif edərdim ki, Ulu Öndər haqqında bədii bir film çəkilsin. Tarixi şəxsiyyətlər olan Sezar, Bismark, Napaleon, Vaşinqtondan bəhs edən çox tarixi filmlər var. Lakin Ümummilli Lider haqqında belə film yoxdur. Düzdür Ulu Öndər haqqında jurnalist araşdırmaları toplusundan ibarət filmlər var, lakin onun böyük miqyasını kino dilinə gətirmək daha düzgün olardı. Ona görə ki, Ulu Öndər tarixə dövlət qurucusu kimi düşüb . Bəzən onu digər tarixi şəxsiyətlərlə müqayisə edirlər. Lakin bu düzgün deyil. Biz bilirik ki, onların bir çoxu tarixdə mübarizələrinin sonunda məğlub olublar və biz bunu üzüntü ilə qeyd edirik. Lakin Ulu Öndər onların hamısından fərqli olaraq tarixə qalib şəxsiyyət kimi adını yazdırıb. Bir sözlə, Dahi Lider əvəzolunmaz, əbədidir və hər zaman da belə qalacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB