Azərbaycanın təklifləri "Regional və sub-regional səviyyədə etimad quruculuğu tədbirləri" hesabatına daxil edilib

Azərbaycanın təklifləri "Regional və sub-regional səviyyədə etimad quruculuğu tədbirləri" hesabatına daxil edilib

Azərbaycan Respublikası BMT Baş məclisinin 68-ci sessiyası çərçivəsində təqdim olunan BMT Baş katibinin "Regional və sub-regional səviyyədə etimad quruculuğu tədbirləri" adlı hesabatına öz rəy və təkliflərini bildirmiş və bu təkliflər hesabata daxil edilib. XİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Azərbaycan Respublikası tərəfindən təqdim olunan rəy və təkliflərdə Cənubi Qafqaz regionunda etimad quruculuğuna mane olan əsas problemlər və bu xüsusda, Ermənistanın Azərbaycana qarşı təcavüz siyasəti, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozması, Azərbaycan torpaqlarının işğalını davam etdirməsi, etnik təmizləmə siyasəti yürütməsi, silahlara nəzarət rejiminə riayət etməməsi və adam başına düşən ümumdaxili məhsulun nisbətində hərbiyə ayrılmış dövlət vəsaitinə görə Ermənistanın regionun ən militarist ölkəsi olması və beynəlxalq ictimaiyyəti aldatmaq naminə Ermənistanın əsl mahiyyətdən yayınaraq, regionda "etimad və təhlükəsizlik quruculuğu tədbirləri"nin həyata keçirilməsinə çağırdığı kimi məqamlar qeyd olunub.

Azərbaycan Respublikası tərəfindən regionda hərtərəfli və məzmunlu etimad və təhlükəsizliyin quruculuğu tədbirlərinin həyata keçirilməsinin işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması olduğu vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə