Araz Əlizadə: “ACP təmsil etdikləri qurumda xüsusi dəvətnaməyə ehtiyac duyurmuş”
Sülhəddin Əkbər mətbuata açıqlamasında "ACP-nin partiya olaraq ümumiyyətlə imza kampaniyasında iştirak etməyib. Çünki, Cəmil Həsənliyə imza toplamaq üçün ACP partiyasına müraciət olunmayıb" kimi etirafına münasibət bildirən Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə SİA-ya bildirib ki, 21 min səs Müsavat Partiyası, 21 min səs AXCP toplayıb, qalan səslər isə digərləri tərəfindən parça-parça toplanılmışdı: "Bu da Milli Şura daxilində böyük qəzəbə səbəb olmuşdu. Bununla da demək olar ki, hələ o zamandan Milli Şuranın tərkibində parçalanma başlamışdı. Böyük maraq doğuran səbəb ondan ibarətdir ki, bir qurumun üzvü olan ACP təmsil etdikləri qurumda xüsusi dəvətnaməyə ehtiyac duyurmuş".
Ülkər MUSAZADƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB