AXCP və Müsavat Partiyaları müxalifəti monopoliyaya alıblar və sırf inhisraçılıq siyasəti yürütmək niyyətindədirlər. Bu sözləri SİA-ya açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib.
O deyib ki, onlar yeni müxalif qüvvələrin yetişməsinə imkan vermirlər: "Çünki, yeni qüvvələrin yetişməsi onlara sərf etmir. Bu səbəbdən də AXCP və Müsavat çəkişmələrinə rəğmən müxalifəti inhisara alıblar. Onların işi-gücü şər-böhtan atmaq və ticarətlə məşğul olmaqdır. AXCP və Müsavatın bir qurumda fəaliyyət göstərməsi mümkün deyil. Çünki, onlar bir-birlərini qəbul etmirlər və bir-birlərinə düşmən olanlardır. Əldə olan məlumata görə bu günlərdə Milli Şuraya 10-15 milyon maddi vəsait ayılmalı idi. Lakin o pulun səsi çıxmadı. Çünki onlar həmin pulu aralarında bölüşdürdülər. Onlar pul müqabilində hər şey etməyə hazırdırlar. Misal üçün xaricdə maraqlı olan qurumlara müraciət edərək informasiya ötürmək üçün maliyyə yardımı alırlar. İsa Qəmbr və Əli Kərimli bir-birinin "kirli çamaşırlarını" nümayiş etdirirlər. İsa Qəmbər Əli Kərimli haqqında elə faktlar ortaya qoyub ki, adamın tükləri biz-biz durur və yaxud da Əli Kərimli ötən dəfə öz köməkçisi ilə İsa Qəmbər haqqında indiyə qədər məlum olmayan faktları ünvanlayıb. Onlar heç zaman yola getməyib, getməyəcək də".
Ülkər MUSAZADƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB