Hafiz Hacıyev: “Müxalifət məni özünə lider seçərsə, müxalifəti canla-başla təmsil edərəm” ŞOK İDDİA

Hafiz Hacıyev: “Müxalifət məni özünə lider seçərsə, müxalifəti canla-başla təmsil edərəm” ŞOK İDDİA

"Asif Quliyev tutulan zaman onun övladlarını mək köməklik edib saxlamışam". Bu sözləri SİA-ya açıqlamasında Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev bildirib.

Onun sözlərinə görə, Əli Kərimli və İsa Qəmbər Asəf Quliyevi yanında saxlamaqla, pullarının məbləğini artırmaq məqsədi güdürdülər: "Onların daxilində belə bir proses gedir ki, kimsə onların partiyasına üzv olarsa, onlar bunun hesabına öz maddi vəsaitlərini artırırlar. Mən Asəf Quliyevin mətbuata "Müxalifətdə inhisarçılar var və onlar fərqli düşünənlərə meydan verilməməsi üçün ətraflarında bir qaragüruhçu şəbəkə saxlayırlar ki, lazım olanda onları işə salsınlar. Bu düşüncəylə nə millətə sahib olmaq, nə uğurlu siyasi mübarizə apamaq olar. Mən bu cür yarıtmaz, nəticəsizliyi əvvəlcədən bilinən prosesə siyasi etiraz olaraq istefaya getmişəm" kimi açıqlamasını oxumuşam və onun fikirlərinə şərikəm. Hazırda Asəf Quliyevi ofisimə dəvət etməyi düşünürəm. Ona bu sözləri mən 10 il bundan əvvəl dediyimi xatırlatmalıyam və soruşmalıyam ki, mən o zaman bu sözləri deyəndə niyə məni daşqalaq edirdilər. Müxalifətin bu gün əsas prinsipi vurub dağıtmaqdır. Belə olmaz. Əslində, İsa Qəmbər və Əli Kərimli kimi iki avanturisti çıxmaq şərti ilə müxalifətdə insan və ləyaqətli adamlar çoxdur. KXCP lideri Mirmahmud Mirəlioğlu çox ləyaqətli adamdır, Sülhəddin Əkbər çox prinsipial adamdır".

Partiya sədri hesab edir ki, müxalif qüvvələr onu özlərinə lider seçərlərsə, o müxalifəti təmsil etməyə hazırdır: "Mən müxalifətə üzümü tutub təklif edirəm ki, məni özlərinə lider seçsinlər və mən müxalifəti canla-başla təmsil edərəm. Əgər müxalif qüvvələr məni özlərinə lider seçərlərsə, söz verirəm ki, 2015-ci ildə olacaq parlament seçkilərində onların 50-60 faizinin parlamentdə təmsil olunmalarını təmin edəcəyəm".

Ülkər MUSAZADƏ

Bütün xəbərlər Facebook səhifəmizdə