“Ermənistan Minsk qrupunun hazırladığı yalan detallarla hərəkət edir"
"Hazırda dünyada çox mürəkkəb geosiyasi vəziyyət hökm sürür və əsas odur ki, Azərbaycan burada alət rolunu oynamır. Bununla yanaşı, regionda gedən proseslərdə Azərbaycanın da öz siyasi maraqları var. Azərbaycandan fərqli olaraq Ermənistan hər zaman müxtəlif qüvvələrin aləti rolunu canlandırır". SİA-nın məlumatına görə, bu fikirləri Siyasi İnnovasiya və Texnalogiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, hazırda Ermənistan özünü hərraca çıxarıb və bilmirik ki, ona nə qiymət veriləcək: "Rusiya prezidenti Vladimir Putinin Ermənistana sonuncu səfərində həmin ölkənin Gömrük İttifaqına qoşulması məsələsinin əsas müzakirə mövzusu olması gözlənilən idi. Digər tərəfdən isə Amerika zənn edir ki, Serj Sarkisyan Rusiyanı Ermənistandan qovacaq. Lakin onlar düşünmür ki, Putinin sonuncu səfəri bir daha sübut etdi ki, Ermənistan tamamilə Rusiyanın tabeliyindədir. Rusiya Ermənistanda o qədər güclü dövlətdir ki, onlar istənilən zaman Amerikanın Ermənistandakı səfirliyinin qapılarına qıfıl vurdura bilər. Halbuki həmin səfirlik həcminə görə dünyada ikinci yerdə qərarlaşıb".
Politoloq onu da qeyd edib ki, son 10 ildə ATƏT-ə ən uğursuz sədrlik Ukraynaya məxsus oldu: "Halbuki, Ukraynanın geniş potensialı var idi. Danılmaz faktdır ki, Ukraynada da erməni diasporu var və sədrlik dövründə də ermənilər daha çox gücləndi. Bununla yanaşı, son bir ildə isə Ukraynada azərbaycanlılara qarşı xüsusi təzyiq nümayiş etdirilirdi. Bütün bunlara rəğmən, onlar yenə də Azərbaycana yaxınlaşmaq istəyirdilər. Lakin onlar unutmamalıdır ki, Azərbaycanı heç kim aldada bilməz".
Mübariz Əhmədoğlu, həmçinin Gürcüstan Azərbaycan münasibətlərinə də toxunub. O bildirib ki, Gürcüstanda yeni hökumətin ideyaları indiki zamana görə daha inandırıcı görünür: "İnanıram ki, Gürcüstanın intibah dövrü, məhz yeni hökumətin vaxtına olacaq. Bundan sonra Gürcüstan regional proseslərdə daha çox fəallıq nümayiş etdirəcək. Azərbaycanla Gürcüstan birlikdə regional münaqişələrlə məşğul olacaqlar".
Ermənistanın regional inteqrasiyada iştirak etməsinin mümkünsüzlüyündən danışan Əhmədoğlu qeyd edib ki, həmin ölkə ilə bağlı qərarları müxtəlif qüvvələr verir və Ermənistan müstəqil siyasət yeritmək bacarığı yoxdur: "Ermənistan hər zaman ATƏT-in Minsk qrupunun hazırladığı yalan detallarla hərəkət edir. Hətta bu yaxınlarda Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan elə yalanlar danışırdı ki, bunu ancaq Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov və ATƏT-in həmsədrləri bilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB