Kərimlidən Qəmbərə növbəti zərbə

Kərimlidən Qəmbərə növbəti zərbə

Müsavat Partiyasının Milli Şuradan çıxıb-çıxmaması seçimi qarşısında qalmasında AXCP rəhbərliyinin də böyük rolu olub. Məlum məsələdir ki, Əli Kərimli ilə İsa Qəmbər müharibəsi əzəldən bəri davam edir.

Belə ki, SİA-nın əldə etdiyi məlumata əsasən, Əli Kərimli hələ Milli Şura yaradılarkən bu quruma Müsavat Partiyasınında üzv olmasını eşitdiyi andan qıcıqlanmağa başlayıb. Adının açıqlanmasını istəməyən mənbənin verdiyi məlumata görə, AXCP-nin yaxın günlərdə keçirilmiş olan daxili iclaslarından birində "Yurd"un şefi bildirib ki, o, zatən əvvəldən Müsavat Partiyasının Milli Şurada təmsil olunmasının əleyhinə idi.

Həmçinin, AXCP sədri qeyd edib ki, indi Müsavatın Milli Şuradan çıxmasına şans yaranıb və biz bu şansı əldən verə bilmərik. Məlumatda qeyd edilir ki, Müsavat partiyasının Milli Şuradan uzaqlaşdırılması istiqamətində Əli Kərimli öz tərəfdarlarına xüsusi tapşırıqlar da verib.

Cahid Süleymanov

Bütün xəbərlər Facebook səhifəmizdə