Ceyms Uorlik: “Tərəflər münaqişənin həlli üçün danışıqlara getməyə hazırdırlar”
Azərbaycan və Ermənistan prezidentlərinin Vyanadakı görüşü və Xarici İşlər nazilərinin Kiyev görüşü onu sübut edir ki, tərəflər çıxılmaz vəziyyətdən çıxış yolu axtarmağa hazırdır. SİA-nın məlumatına görə, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik mətbuata açıqlamasında bildirib.
"Mənim üçün olduqca sevindirici idi ki, Kiyev görüşündə nazirlərin danışıqları zamanı daha mürəkkəb məsələləri müzakirə edərək münaqişənin həllinə görə çıxış yolu tapmaq üçün səy göstərirdilər. Onların yaxın günlərdə baş tutacaq görüşünün də yüksək səviyyədə keçəcəyinə inanıram və ümid edirəm ki, bu görüş zamanı tərəflərin razılığa gəlmələri üçün real imkanlar yaranacaq. Onu da qeyd edim ki, münaqişənin həlli istiqamətində hər hansı bir irəliləyişin olması yüksək səviyyədə siyasi iradə tələb edir".
Onun sözlərinə görə, XİN başçıları yenidən görüşəcəkləri haqda razılığa gəliblər: "Tərəflər razılığa gəlməyə hazırdır. Bundan sonra da, biz danışıqların bir nəticə verməsi üçün öz dəstəyimizi əsirgəməyəcəyik".
Növbəti dəfə isveçrənin həmsədrlik edəcəyinə münasibət bildirən Ceyms Uorlik deyib: "Biz öz təşəkkürümüzü ATƏT-in Ukraynalı həmsədrlərinə bildiririk və səbirsizliklə İsveçrənin 2014-cü ildə bu işi öz üzərinə götürərək həmsədrlik etməsini gözləyirik. Qeyd edim ki, İsveçrə tarix boyu münaqişələrin həlli istiqamətində yetəri qədər təcrübəyə malik olduğunu nəzərə alaraq, onun münaqişənin həllində aktiv iştirakını yalnız alqışlamaq olar".
Ülkər MUSAZADƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB