Ermənistanda Beynəlxalq İnsan Hüquqlarının müdafiəsi günündə mitinq keçirilib
10 dekabr Beynəlxalq İnsan Hüquqlarının müdafiəsi günü erməni icması haqlarını tələb etmək üçün mitinq keçirib. Bu haqda SİA Ermənistanın "Epress" nəşrinə istinadən xəbər verir.
Mitinqdə eyni zamanda, Ermənistan Milli Konqresinin (EMK) nümayəndələri də iştirak edblər.
Aksiyaçılar "Azadlıq" meydanında toplaşaraq, "Serj Sarkisyana ölüm", "Serj Sarkisyansız Ermənistan istəyirik", "Sarkisyan rədd ol Ermənistandan" kimi şüarlar səsləndiriblər.
Mitinq zamanı EMK nümayəndələri Avropa Birliyinin Ermənistana ünvanladığı məktubu oxuyublar. Məktubda Avropa Birliyi Ermənistanda insan hüquqlarının rəsmən pozulduğunu təsdiq edib.
Ülkər MUSAZADƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB