Müsavat Eldar Namazovun CAVABINI VERDİ

Gülağa Aslanlı: “Mən də Eldar bəyə belə bir sual ünvanlaya bilərəm...”

"Mən də Eldar bəyə belə bir sual ünvanlaya bilərəm. Hörmətli Eldar bəy, vaxtı ilə Müsavat Partiyası Milli Şura yaranarkən, orada öz həmsədrliyini təklif edən zaman, siz və Rüstəm İbrahimbəyov hansı arqumentlərlə və hansı sədəbdən bunun əleyhinə oldunuz?". Bu sözləri SİA-ya Müsavat Partiyasının sədr müavini Gülağa Aslanlı deyib.

Müsavat yetkilisinin sözlərinə görə, hələ o zaman Eldar Namazov İsa Qəmbərin Milli Şurada həmsədrliyinin əleyhinə olduğunun səbəbini arqumentlərinin olması ilə açıqlamışdı: "Eldar Namazov müəyyən arqumentlərin olmasını ortaya qoymuşdu. İndi də Müsavat Partiyasının arqumentləri var və həmsədliyin əleyhinədir. Başqa dövlətin vətəndaşı olan bir şəxsin Milli Şurada fəxri sədr olmasını məqsədə uyğun hesab etmirik. İndi Eldar Namazov buna təəssüflənirsə, bu onun öz işidir".

Ülkər MUSAZADƏ

Bütün xəbərlər Facebook səhifəmizdə