Bakıda “Avrointeqrasiya - Beynəlxalq Gənclər Forumu” adlı layihə həyata keçirilir
Bu gün Bakıda "Avrointeqrasiya - Beynəlxalq Gənclər Forumu" adlı layihə həyata keçirilir. SİA-nın məlumatına görə, layihənin məqsədi Azərbaycanın avrointeqrasiya prosesində yeri və rolu barədə Avropa gənclərinə çatdırılması, Avropa-Azərbaycan gəncləri arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, Avropalı gənclərə Azərbaycan həqiqətləri: əsasən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və enerji siyasəti ilə bağlı müzakirələrin təşkil edilməsidir.
Forumun əsas mövzuları "Avropaya İnteqrasiya prosesində şərq tərəfdaşlığı siyasətində Azərbaycanın rolu", "Avropa təsisatlarında Azərbaycan gənclərinin fəaliyyətinin aktivliyi", "Azərbaycanın Avroatlantik məkanda inkişaf perspektivləri" ,"Şərq tərəfdaşlığı" və s. olacaq. Forumda iştirakçı qismində 10 Avropa ölkəsindən 15 nəfər vəsiqə qazanıb.
Forumda Fransa, Almanya, İsveçrə, Türkiyə, B. Britaniya, Polşa, İspaniya, Ukrayna, Belçika və Macarıstan kimi ölkərənin gənf fəalları iştirak edir. Bununla belə tədbirə həmçinin Azərbaycan gənclər və idman nazirinin müavini İntiqam Babayev, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev, Fransanın Azərbaycandakı səfiri Paskal Mönye və beynəlxalq qurumların nümayəndələri qatılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB