Tural Abbaslı: “İsa Qəmbər Rüstəm İbrahimbəyovu siyasətçi kimi qəbul etmir”

Tural Abbaslı: “İsa Qəmbər Rüstəm İbrahimbəyovu siyasətçi kimi qəbul etmir”

"Əlbəttə, Rüstəm İbrahimbəyov siyasətçi ola bilməz. Onu siyasətçi kimi qəbul etmirlər". Bu fikirləri SİA-ya açıqlamasında Müsavat partiyasının Divan üzvü Tural Abbaslı söyləyib.

T.Abbaslı, həmçinin onu da qeyd edib ki, Rüstəm İbrahimbəyovun siyasi səhvləri çoxdur: "Məhz bunları nəzərə alaraq Müsavat başqanı bildirib ki, R.İbrahimbəyovun etdiyi səhv siyasi gedişləri o açıqlaya bilər. Həmçinin, təkcə Müsavat partiyası və rəhbərliyi deyil, Milli Şurada təmsil olunan digər partiyalar da Rüstəm İbrahimbəyovu siyasətçi kimi qəbul etmirlər".

Cahid Süleymanov

Bütün xəbərlər Facebook səhifəmizdə