"Asan xidmət 2014-cü ildə İSO 91 sertifikatına layiq görüləcək"

"Daxili İşlər Nazirliyinin müvəqqəti saxlama yerləri ATƏT standartları səviyyəsinə çatdırılıb"
"Asan xidmət 2014-cü ildə İSO 91 sertifikatına layiq görüləcək"

"Asan xidmət 2014-cü ildə İSO 91 sertifikatını layiq görüləcək. Digər ölkələrdə də buna bənzər xidmət sistemi fəaliyyət göstərsə də, Asan xidmət qədər effektiv fəaliyyət göstərə bilmir". SİA-nın məlumatına görə, bunu ATƏT Bakı ofisinin rəhbəri Koray Tarqay Milli Məclisdə "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"ndan irəli gələn vəzifələr və milli qanunvericilik" mövzusunda keçirilmiş dəyirma masada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ATƏT-in Bakı ofisi Asan xidmətin bu sertifikatı almasına çalışır: "Belə bir qurumun yaradılması və qısa zamanda uğurlu fəaliyyəti bizdə məmnunluq yaradır". İnsan hüquq və azadlıqlarının təmin olunması məsələsində ATƏT-lə birgə əməkdaşlıqdan danışan diplomat bildirib ki, hazırda "Diffomasiya haqqında" qanunun hazırlanmasında, eyni zamanda "Vətəndaşların sərbəst toplaşması haqqında" qanunun icrası ilə bağlı hökumətlə əməkdaşlıq qurulur. Məlumat azadlığına gəldikdə isə, burada müəyyən problemlər mövcuddur. Problemlərin mövcudluğu isə Azərbaycanın gənc dövlət olması ilə bağlıdır".

Bakı ofisinin rəhbəri onu da qeyd edib ki, qurum insan hüquqları sahəsində Ədliyyəvə Daxili İşlər Nazirliyi ilə sıx fəaliyyət göstərir: "Əsas məqsədimiz Azərbaycan hüquq sistemini beynəlxalq hüquq standartları səviyyəsinə çatdırmaqdır. Artıq bu əməkdaşlığımız müsbət nəticə verməkdədir. Bu əməkdaşlıq nəticəsində Ədliyyə Nazirliyi sistemində cəzaçəkmə müəssisələrində məhbusların saxlanma şəraitində və onların hüquqlarının qorunmasında müəyyən irəliləyişlərə nail olunub. Daxili İşlər Nazirliyinin müvəqqəti saxlama yerləri ATƏT standartları səviyyəsinə çatdırılıb".

"Bu sahədə siyasi baxışlarıma görə geriyə yox, irəliyə baxmağın tərəfdarıyam, lakin Azərbaycanla bağlı durumu qiymətləndirərkən həm geri, həm də irəliyə baxmaq məcburiyyətindəyik. Biz Azərbaycandakı vəziyyəti təhlil edərkən 1991-2013-cü ildə ölkənin keçdiyi yola nəzər salsaq görərik ki, bu illər ərzində inkişafın şahidi olarıq. Qısa müddət ərzində Azərbaycan bir çox nailiyyətlər əldə edib. Xətalara gəldiksə isə, bu hər bir ölkədə müşahidə olunur. Bu yol keçiləndir, xüsusilə də bu gənc ölkə olarsa. Təəssüf ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın son 10 ilin inkişafını görə bilmədi. Bundan sonra da mövcud sıxıntılar aradan qaldırılacaq" - deyə, ATƏT-in Bakı ofisinin rəhbəri məsələ ilə bağlı fikirlərinə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə