“Lragir” nəşri: “Bu gün Ermənistan hakimiyyəti dövlətə xəyanət edir”

“Lragir” nəşri: “Bu gün Ermənistan hakimiyyəti dövlətə xəyanət edir”

Vladimir Putinin səfərindən sonra Ermənistanda yaranan vəziyyət indiyə qədər Rusiyanın xeyrinə olsa da, siyasi sistemin tamamilə məhv olmasına təkan verib. Bu haqda SİA Ermənistanın "Lragir" nəşrinə istinadən xəbər verir.

Nəşr qeyd edir ki, sözügedən siyasi sistemin can verməsi faktiki olaraq, Rusiya tərəfindən təklif edilməmiş və bloklanmış üç böyük layihənin müvəffəqiyyətsizliyinin aşkar olunmasıdır: "Belə ki, həmin layihələr də məhz Ermənistandakı rus oliqarxlarının gücləri hesabına məhv edilmiş oldu. Rus oliqarxları tərəfindən suya düşürülmüş layihələrdən biri Fransanın "Karfur" supermarketlər şəbəkəsidir. Hansı ki, Ermənistanda fəaliyyət göstərməklə qiymətlərin düşməsinə gətirib çıxarmasına hesablanmışdı. Ermənistan hakimiyyəti "Karfur"un fəaliyyətə başlamasına əngəl oldular. Bununla da yalnız Ermənistanda məhsulların idxalı inhisarçısı hesab edilən Samvel Aleksanyana dəstək vermiş oldular. Eyni zamanda, erməni bazarına iri Qərb şirkətlərinin daxil olmasına da qadağa qoyulub.

İkinci əlverişli sazişi ABŞ təklif etdi. Onlar "Vorotansko" su elektrik stansiyasının alacaqlarını elan etmişdilər. Amma Ermənistan hakimiyyəti sazişi təsdiq etmədi. Şirkət təxminən 200 milyon dollar məbləğində sərmayə qoymaq və müasir texnologiyalar tətbiq edərək elektrik enerjisinin maya dəyərini azaltmaq fikrində idi. Lakin Ermənistan Moskvanın göstərişi üzrə "yadları" acından can verən dövlətə buraxmağı yenə arzu etmir.

Amma ən biabırçı nümunə İranın təklifinin rədd edilməsi oldu. Belə ki, təbii qazın Rusiya qazı ilə müqayisədə qat-qat ucuz satılması təklifindən imtina acınacaqlı erməni icmasına ölüm hökmünün oxunması kimi qiymətləndirmək olar. Bu gün İran səfiri istisna etmir ki, bu qiymət razılaşmaya görə, kubmetri 100 dollar vəsait təşkil edə bilərdi. Lakin indi Ermənistan təbii qazı Rusiyadan 189 dollara alır.

Faktiki olaraq, Ermənistan vətəndaşları qaz və elektriki baha qiymətə yalnız ona görə alırlar ki, Ermənistanda Rusiya agentləri çalışır".

Ülkər MUSAZADƏ

Bütün xəbərlər Facebook səhifəmizdə