Sahibə Qafarova: “Gələn ilin dövlət büdcəsi Azərbaycanın iqtisadi qüdrətini real olaraq ifadə edir”
"Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan keçid iqtisadiyyatını arxada qoyub". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Sahibə Qafarova deyib.
Onun sözlərinə görə, gələn ilin dövlət büdcəsi Azərbaycanın iqtisadi qüdrətini real olaraq ifadə edir, o cümlədən uzun illərdir həyata keçirilən proqramlar çərçivəsində işlərin davamını şərtləndirir: "Büdcənin müasir dövrün şərtləri və Azərbaycanın iqtisadi inkişaf dinamikasının yaratdığı imkanlar çərçivəsində hazırlanması ölkəmizdə düzgün büdcə siyasətinin həyata keçirildiyini bir daha göstərir. Eyni zamanda, onu da qeyd edim ki, büdcədə populizmdən uzaq, real bir paritetliiyin təmin olunması da müsbət məqamdır. Hesab edirəm ki, Prezident İlham Əliyevin müəllifi olduğu inkişaf modeli Azərbaycanın son illər davamlı sıçrayışlı inkişafını təmin edib və yeni nailiyyətlərə zəmin yaradıb. Bu model çox komponentli olmaqla bütün makroiqtisadi və makrososial sferaların əsas seqmentlərini əhatə edir. Respublikamız idarəetmə sisteminin yeniləşməsi, struktur islahatlarının aparılması, iqtisadiyyatda funksional iqtisadi mexanizmlərin tətbiq olunması, dövlət maliyyə qurumlarında islahatların həyata keçirilməsi, bazar iqtisadiyyatı ilə bağlı hüquqi-normativ bazanın yaradılması sahəsində ciddi uğurlara imza atıb. Sistemli xarakter alan islahatların siyasi və iqtisadi inkişafın templərinə uyğun modernizasiyası Azərbaycanın dinamik inkişafı üçün münbit zəmin formalaşdırıb".
Millət vəkili onu da əlavə edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan tamamilə keçid iqtisadiyyatını arxada qoydu və hazırda Azərbaycanda yeni inkişaf mərhələsi başlanıb: "Bu gün Azərbaycan möhkəm siyasi sabitlik şəraitində yüksək iqtisadi inkişaf xəttini davam etdirir. Bu çox həssas məqamdır. Belə ki, hazırda tarixi qanunauyğunluqlardan biri olan möhkəm siyasi sabitlik-sistemli və davamlı iqtisadi islahatlar respublikamızın ictimai həyatında başlıca faktora çevrilib. Bu gün Azərbaycanın inkişafının əsas səbəbi məhz düşünülümüş iqtisadi strategiyanın həyata keçirilməsindən ibarətdir. Bu gün ölkəmizdə hökumətin apardığı siyasət xalq tərəfindən dəstəklənir, iqtidarın həyata keçirdiyi islahatlar vətəndaşların milli mənafelərinə, sosial vəziyyətlərinə cavab verir və xalq-iqtidar birliyi daha da möhkəmlənib".
Ülkər MUSAZADƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB