Davudoğlu: “Ermənistan vəziyyətdən çıxmaq üçün Azərbaycanın ərazilərini geri qaytarmalıdır”
"Ermənistan və Türkiyə əlaqələrində normallaşma yaranmasa belə, Cənubi Qafqazda sülh əldə edilməzsə, bu əlaqələr hər an pozula bilər". SİA-nın məlumatına görə, bu sözləri Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Habertürk telekanalına müsahibə verərkən deyib. O bildirib ki, Ermənistan təcrid edilib, Rusiyanı nəzərə almasaq demək olar ki, o tək qalıb.
XİN başçısının sözlərinə görə, Rəsmi Ankara Ermənistanın təcrid edilməsini dəstəkləmir, lakin Ermənistan bu vəziyyətdən çıxmaq üçün Azərbaycanın işğal olunmuş ərazilərini geri qaytarmalıdır".
Qeyd edək ki, Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının iclasına qatılmaq üçün dekabrın 12-də Ermənistana səfər edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB