Sülhəddin Əkbər: "Milli Şurada qalıb vaxt itirməyin xeyri yoxdur"
"Əgər Milli Şura aydın olmayan fəaliyyət göstərməklə, bir-iki partiyanın dominantlığı altında mövcud olacaqsa, bu zaman qurumda qalıb vaxt itirməyin nə xeyri var?". Bu sözləri Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Sülhəddin Əkbər rəhbərlik etdiyi siyasi təşkilatın Milli Şurada qalıb-qalmamasına münasibət bildirərkən deyib.
ACP sədrinin SİA-ya verdiyi məlumata görə, hələlik Milli Şuranın seçkilərdən sonra əsas məqsədi bəlli deyil və məqsəd məlum olduqdan sonra partiya rəsmi açıqlama verəcək.
Sülhəddin Əkbər bu istiqamətdə ACP-nin təkliflərinin olduğunu da bildirib: "Təkliflərimiz nəzərə alınarsa, bəzi məsələlər haqqında düşünmək olar".
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB