Tural Abbaslı: “Rəsul Quliyev gündəmdə qalmaq üçün reklamla məşğuldur”

"Rəsul Quliyevin heç bir sözü, fikri maraqlı, önəmli deyil. O, özünü reklam edir və bu ucuz reklamları ilə gündəmdə qalmaq istəyir, lakin bunun da ona bir faydası olmur". Bu fikriləri SİA-ya açıqlamasında Müsavat partiyasının Divan üzvü Tural Abbaslı bildirib.

T.Abbaslı, həmçinin qeyd edib ki, R.Quliyevin İsa Qəmbər haqqında dediyi anormal fikirlər, onun başqan kimi fəaliyyətini təhqir etməsi bir daha sübut edir ki, bu adam yersiz fikirlər söyləməklə məşğuldur: "Bir daha qeyd edim ki, R.Quliyevin Müsavat partiyası, həmçinin partiya başqanı haqqında dediklərinin heç bir əhəmiyyəti yoxdur".

Cahid Süleymanov

Bütün xəbərlər Facebook səhifəmizdə