Şirin Cəfəri: "Əgər Milli Şurada tərbiyəsiz insanların qarşısı alınmasa, KXCP öz sözünü deməyə məcbur olacaq"

Şirin Cəfəri: "Əgər Milli Şurada tərbiyəsiz insanların qarşısı alınmasa, KXCP öz sözünü deməyə məcbur olacaq"

"Milli Şurada təmsil olunan partiyaların bəzi üzvləri ağlına deyil, ağzına gələni danışır, "oxu atıb yayı gizlədirlər". Bu sözləri KXCP Ali Məclisinin üzvü Şirin Cəəfərli deyib.

O qeyd edib ki, Milli Şurada iki real qüvvənin AXCP və Müsavat olması iddiası ilə razılaşmır: "İddia edirlər ki, Milli Şurada real qüvvə iki partiyadır. Ancaq KXCP də kiçik partiya deyil. KXCP-yə münasibətdə belə bir mövqenin sərgilənməsi həyasızlıqdır. Milli Şuranın son sessiyası zamanı Tural Abbaslının tərbiyəsizliyi ciddi narazılıq yaradıb. Bu uşaq dünən siyasətə gəlib və hələ bilmir ki, üstünə cumduğu Nizami Ələkbərli 1988-ci ildən bu yana ortadadır".

Ali Məclis üzvü deyib ki, əgər Milli Şurada tərbiyəsiz insanların qarşısı alınmasa, KXCP öz sözünü deməyə məcbur olacaq: "Təbii ki, biz belə məsələlərdə susmayacağıq. KXCP rəhbərliyi də özünün müvafiq qərarını verə bilər. Mən hesab edirəm ki, partiya Milli şuradan gedə bilər. Belə bir tərbiyəsizliyi biz heç vaxt qəbul edə bilmərik".

RÖVŞƏN

Bütün xəbərlər Facebook səhifəmizdə