Dağlıq Qarabağ münaqişəsi tərəfləri və ATƏT MQ ölkələrinin XİN rəhbərləri birgə bəyanat veriblər. SİA-nın məlumatına görə, bu barədə ATƏT-in saytında məlumat verilir.
Bəyənatda deyilir ki, Kiyevdə ATƏT Nazirlər Şurasının iclasının keçirilməsi ilə əlaqədar ATƏT MQ-nin həmsədr ölkələrinin nümayəndə heyətlərinin başçıları Rusiya və Fransanın xarici işlər nazirləri Sergey Lavrov və Tyerri Repentin, eləcə də ABŞ dövlət katibinin müavini Viktoriya Nuland, Azərbaycan və Ermənistan XİN rəhbərləri Elmar Məmmədyarov və Edvard Nalbandyan Dağlıq Qarabağ münaqişəsinin dinc və ədalətli yolla həllinə yönəlmiş işi artıq əldə olunmuş əsaslar üzərində birgə davam etdirmək barədə razılığa gəliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB