Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında təkbətək görüş keçirilib
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Ermənistanlı həmkarı Edvard Nalbandyanla görüşüb. SİA-nın məlumatına görə, bu barədə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz "Twitter" səhifəsində məlumat verib.
C. Uorlik bildirib ki, nazirlər əvvəlcə həmsədrlərin iştirakı ilə danışıqlar aparıblar, sonra təkbətək görüş keçirilib. Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi müzakirə olunub.
Hələlik danışıqların yekunu haqda rəsmi açıqlama verilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB