Novruz Məmmədov: “Ukraynada baş verən hadisələr xoşagəlməzdir”

Novruz Məmmədov: “Ukraynada baş verən hadisələr xoşagəlməzdir”

"Ukraynanın Ermənistanın taleyini yaşayıb-yaşamamasını demək hələ ki, mümkün deyil". Bu sözləri SİA-ya açıqlamasında Prezident Adminisrasiyası rəhbərinin müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib.

Onun sözlərinə görə, Ukraynada baş verən hadisələr xoşagəlməzdir: "Çünki, Ukrayna öz rəhbərləri və böyük xalqı olan dövlətdir. Bu gün Ukrayna kimi böyük bir dövlətin bu cür problemlərlə üzləşməsi çox ağır məsələdir. Ukrayna dövləti öz taleyini özü həll etməlidir. O üzdən, əvvəlcədən Ukrayna haqqında bir söz demək çətindir. Belə ki, hadisələr hər an dəyişə bilər".

Novruz Məmmədov Ukrayna hadisələrinin tezliklə öz həllini tapacağna ümid etdiyini də vurğulayıb.

Ülkər MUSAZADƏ

Bütün xəbərlər Facebook səhifəmizdə