Ramiz Mehdiyevin “Десять лет, изменившие Азербайджан: 2003-2014” adlı kitabı müzakirə olunub

Ramiz Mehdiyevin “Десять лет, изменившие Азербайджан: 2003-2014” adlı kitabı müzakirə olunub

Sumqayıt Dövlət Universitetində (SDU) Azərbaycan Respublikası Prezident Administrasiyasının rəbbəri, fəlsəfə elmləri doktoru, akademik Ramiz Mehdiyevin "Десять лет, изменившие Азербайджан: 2003-2014" adlı kitabının müzakirəsi keçirilib. SDU-dan SİA-ya verilən məlumata görə, tədbiri Sumqayıt Dövlət Universitetinin rektoru, professor Nadir Qəhrəmanov açaraq bildirib ki, Azərbaycan Respublikasının memarı, Ulu öndər Heydər Əliyev ölkəmizin, xalqımızın keçmişi, bu günü və gələcəyi ilə bağlı məsələlərdən danışarkən dəfələrlə vurğulayıb ki, "Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi qiymətləndirmək lazımdır". Tarixi gerçəklikləri özündə əks etdirən əsərlərin yazılması gərəkli və dəyərlidir. Bu baxımdan akademik Ramiz Mehdiyevin bu yaxınlarda işıq üzü görmüş "Azərbaycanı dəyişdirən on il (2003-2013)" adlı kitabı öz aktuallağına və mahiyyətinə görə əhəmiyyətli olduğu qədər də sanballıdır. Müəllif kitabda vurğulayır ki, "Prezident İlham Əliyev on il ərzində Azərbaycan dövlətini məharətlə idarə edərək, ölkənin misilsiz inkişafına nail olub".

Görkəmli akademik qeyd edir ki, "İlham Əliyevin fəaliyyəti inqilabi fəaliyyət oldu, çünki bir on illik ərzində böyük ümidlər doğruldu, bu da insanların hakimiyyətə münasibətini müəyyənləşdirdi".

Universitetin Rus dili kafedrasının müdiri, professor Ramazan Məmmədov isə öz çıxışını Azərbaycan Dövlətinin son on ildəki nailiyyətlərini şərtləndirən amillərdən ən mühümü olan lider faktorunun önəmi üzərində qurub. O qeyd edib ki, "akademik Ramiz Mehdiyevin təqdim etdiyi əsəri vərəqlədikcə, faktlarla, rəqəmlərlə tanış olduqca, son on ildə Azərbaycan Respublikasının keçdiyi iqtisadi, siyasi, mədəni və s. yola bir daha nəzər saldıqca belə bir qərara gəlmək mümkündür ki, bu kitab Azərbaycanın 10-illik tarixi inkişafına fəlsəfi baxışdır. Bu fəlsəfi baxışın nəticəsini isə belə ifadə etmək olar: "Bu gün atılan hər bir addım gələcək uğurların bünövrəsi rolunu oynayır".

İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dosent Bəsti Orucova kitabda Azərbaycan Dövlətinin son on ildəki iqtisadi nailiyyətlərinin təcəssümü və səbəbləri haqqında danışıb. Dosent B. Orucova bildirib ki, "Sabit iqtisadi və siyasi sistemin yenidən qurulmasının reallaşdırılmasının uğurlu planını İlham Əliyevin prezidentliyinin on ilinin nəticəsi kimi qeyd etmək olar. Son on ildə Azərbaycanın dövlət büdcəsindən təhsilə ayrılan vəsaitlər 5 dəfə artıb və bu rəqəm 1,5 milyard manat təşkil edir. Bütün bunlar ölkə Prezidentinin elmə və təhsilə verdiyi önəmdən irəli gəlir".

"Azərbaycan tarixi kafedrası"nın dosenti Elmar Xəlilov Azərbaycan dövlətinin son on ildəki siyasi fəaliyyətinin fəlsəfəsi haqqında danışarkən qeyd edib ki, "müəllif son on ildə ölkəmizdə baş vermiş dəyişiklikləri təhlil edərkən bu dövrdə qazanılmış nailiyyətlərin panoramını verib. Habelə İlham Əliyevin rəhbərliyi ilə müasir Azərbaycanın inkişafı istiqamətində aparılan işlərin uğurlu nəticələrindən söz açıb. Akamedik Ramiz Mehdiyev "son on ildə ölkəmizin və regionun həyatına təsir göstərən hadisələrlə kifayətlənməyib, eyni zamanda dünyanın geosiyasi xəritəsində öz əksini tapan mühüm hadisələrdən də ətraflı bəhs edib".

Bütün xəbərlər Facebook səhifəmizdə