Qənirə Paşayeva İstanbula gedib

Qənirə Paşayeva İstanbula gedib

Millət vəkili Qənirə Paşayeva Üçüncü Xəzər Forumunda iştirak etmək üçün İstanbula gedib. SİA-nın məlumatına görə, üçüncü Xəzər Forumunda iştirakçı dövlətlərin liderləri Xəzər Regionu ilə bağlı məsələləri müzakirə edəcəklər. Forumun ilk günündə "Geniş Xəzər regionunda kapital bazarının inkişafı", ikinci günündə isə "Xəzər tranzit dəhlizi: İpək Yolunun dirçəlişi" və "Cənub dəhlizi: Regional enerji resursları üçün əsas kəmər" mövzuları müzakirəyə çıxarılacaq. Ayrı-ayrı dövlətlərin millət vəkilləri, nazirləri, siyasətçilər, elm adamları, biznesmenlər və media rəhbərləri sözügedən mövzular ətrafında diskussiyalar aparacaqlar. Forum 2 gün davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə