Partiya sədri: “Milli Şura” adlı qurumun erası başa çatıb

Partiya sədri: “Milli Şura” adlı qurumun erası başa çatıb

"Hər kəsə məlumdur ki, "Milli Şura" adlı qurumun erası başa çatıb. Bunu SİA-ya "Yurddaş" partiyasının sədri Mais Səfərli bu qurum daxilində son zamanlar gedən qarşıdurmalara münasibət bildirərkən deyib.

M.Səfərli deyib ki, bu qurumun perspektivsizliyini görən hər bir şəxs oradan uzaqlaşır: "Təsadüfi deyil ki, Rüstəm İbrahimbəyov da bu qurumda perspektiv olmadığını görərək uzaqlaşdı. Onlar qarşıya qoyduqları məqsədə nail ola bilmədilər".

Partiya sədri qeyd edib ki, "Azadlıq" və "Müsavat" partiyaları arasında "mehriban" görüntü yaratmalarına baxmayaraq, gərgin rəqabət yaşanır: "Hər kəsə bəllidir ki, onlar arasında barışmaz ziddiyətlər mövcuddur. Ona görə də bu partiyaların təmsil olunduğu qurumlar heç vaxt davamlı olmayacaq".

M.Səfərli vurğulayıb ki, bu qurumun saxlanılması ilə saxlanılmaması heç nəyə təsir etmir: "Bu qurum nəinki cəmiyyətə, heç ora toplaşan partiyalara da heç nə vermədi. Sadəcə qurumda təmsil olunan partiyalar görüntü yaratmağa çalışdılar ki, guya müxalifət bir yerə toplaşıb. Bu qurumun başqa bir fəaliyyəti olmayıb".

Bütün xəbərlər Facebook səhifəmizdə