"Ermənistan hərbi obyekt kimi Rusiyanın nəzarətindədir" Münasibət

"Ermənistan hərbi obyekt kimi Rusiyanın nəzarətindədir" Münasibət

"Rusiyanın prezidenti Vladimir Putinin Ermənistana bugünkü səfəri onu göstərir ki, Ermənistan hərbi obyekt kimi hər zaman Rusiyanın nəzarətindədir. Buna görə də Rusiyanın prezidenti Vladimir Putin məhz Gümrüdə yerləşən 102-ci hərbi bazaya rəsmi səfər edib". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Zahid Oruc Vladimir Putinin Ermənistana səfərini şərh edərkən deyib.

Millət vəkili qeyd edib ki, qarşıdakı dövrdə Ermənistanın siyasi müstəqilliyi daha da alçaldılacaq və bütövlükdə xalqın Rusiyanın xarici siyasət planında bir nöqtə olduğu daha da qabarıq görünəcək: "Putin əslində, özünün əyalətinə səfər etmiş oldu. Bir neçə gündən sonra Gümrü 102-ci hərbi bazaya daha yeni hərbi-sursat, hərbi texnikanın gəlişi daxil olması baş verəcək. Bütövlükdə ölkənin hərbi sisteminin idarəçiliyi isə ruslara tapşırılacaq. Bu səfər onu sübut edir ki, Ermənistan hərbi cəhətdən Rusiyadan asılıdır. Səfər vasitəsi ilə Qərbə açıq şəkildə mesajlar verilir ki, bölgə Rusiyanındır və ora daxil çox çətin məsələdir. Hər keçən gün Ermənistan Rusiya üçün sadəcə bölgə xarakteri daşıyır".

Bütün xəbərlər Facebook səhifəmizdə