Müdafiə Nazirliyinin nümayəndə heyəti Gürcüstana gedəcək

Müdafiə Nazirliyinin nümayəndə heyəti Gürcüstana gedəcək

Müdafiə Nazirliyinin nümayəndə heyəti Gürcüstana səfər edəcək. SİA-nın Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Azərbaycan-Gürcüstan ikitərəfli əməkdaşlıq planına əsasən Müdafiə Nazirliyi nümayəndə heyətinin Gürcüstan Silahlı Qüvvələrinin təhsil sistemi ilə tanışlıq məqsədilə dekabrın 3-də Tbilisiyə səfər edəcək. Səfər dekabrın 5-dək davam edəcək.

Azərbaycan-Gürcüstan ikitərəfli əməkdaşlıq planına əsasən, həmçinin dekabrın 10-12-də Tbilisidə "STANAG Testlərinin təşkili və keçirilməsi üzrə təcrübə mübadiləsi" keçiriləcək. Azərbaycan hərbçiləri orada iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə