III Bakı Beynəlxalq Humanitar Forumu hələ də diqqət mərkəzindədir
Bakıda keçirilən III Beynəlxalq Humanitar Forum Moldova mətbuatında canlı əks-səda tapmağa davam edir.
Moldovanın populyar mətbu və elektron KİV-ləri – "Rabotay-Otdıxay" jurnalı və "noi.md" Müstəqil İnformasiya Portalı öz səhifələrində və saytda forumun işi və Azərbaycan haqqında "Mədəniyyətlərarası dialoq qlobal problemlərin həlli kimi" və "Qədim Gəncə Azərbaycanın xəzinəsidir" sərlövhəli geniş materiallar dərc ediblər.
Materiallarda qeyd edilir ki, Azərbaycan paytaxtında multikulturalizmin və qloballaşmanın aktual problemlərinin müzakirə olunduğu III Beynəlxalq Humanitar Forum müvəffəqiyyətlə keçib.
Materiallarda vurğulanır ki, Bakı Beynəlxalq Humanitar Forumu dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrinin hər il görüşdükləri əhəmiyyətli məkandır.
Siyasi çəkisi sürətlə artmaqda olan forum bu il dünyanın 70-dən çox ölkəsindən rekord sayda qonaq, o cümlədən 13 Nobel mükafatı laureatını və 10-dan çox keçmiş dövlət və hökumət başçısını bir araya gətirib.
Materiallarda Azərbaycanın sosial-iqtisadi inkişafın müxtəlif sahələrində son illər əldə etdiyi uğurlara xüsusi diqqət yetirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB