Niyaməddin Orduxanlı: “Eldar Namazov da istefa verəcək”

Niyaməddin Orduxanlı: “Eldar Namazov da istefa verəcək”

"Rüstəm İbrahimbəyovun istefa verməsi gözlənilən idi və Rüstəm İbrahimbəyov nağılı bitdi". Bu fikirləri SİA-ya açıqlamasında BAXCP-nin sədr müavini Niyaməddin Orduxanlı deyib.

Onun sözlərinə görə, bununla radikal müxalifət iflasının son nöqtəsini qoydu: "Bu adam Rusiyanın bəzi dairələri tərəfindən radikal müxalifətin daxilinə salınaraq guya Azərbaycana təzyiq edəcəkdi. Milli Şurada rolu bitən İbrahimbəyovun qurumdan uzaqlaşdırılmasını İsa Qəmbər təşkil etdi".

Partiya rəsmisi onu da qeyd etdi ki, Milli Şuranın bu vaxta qədər buraxdığı səhvlərini başa düşən "NİDA"çıların da istefasına heç kim təəccüblənməz: "Onlara qədər Milli Şuradan xeyli sayda adam istefa verib. Şuranın yaradıcısı olan Rüstəm İbrahimbəyov istefa verirsə, o qurumda qalmağın heç mənası da yoxdur. Fikrimcə, özünə hörmət edən şəxs iflasa uğrayan qurumda qalmaz. Çox güman ki, yaxın zamanlarda Eldar Namazov da istefa verəcək".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə