Financial Times: “Avropa Birliyi Ukrayna ilə münasibətləri korlamaq istəmir”
Avropa Birliyi Ukrayna ilə münasibətləri korlamaq istəmir və Ukraynanın mümkün üzvlüyünə ümidini itirmir. Bu haqda SİA "Financial Times" nəşrinə istinadən xəbər verir.
Nəşr qeyd edir ki, Ukrayna ilə Aİ arasında üzvlüyün martın 24-nə qədər uzadılacağı bildirilir. Hazırda avropalı diplomatlar Ukraynanın Aİ-yə üzv olması üçün yollar axtarır. Rusiya da öz istiqamətində fəaliyyətini davam etdirməkdədir: "Eyni zamanda, artıq 7 gündür Ukraynada əhali ölkəsinin Aİ-yə üzv olması tələbi ilə aksiya keçirir. Avropalı diplomatlardan biri isə mətbuata müsahibə verərəkən "Bizim yola gətirmək imkanlarımız Rusiya ilə müqayisədə həmişə zəif olub. Rusiyanın həmişə mümkün yeganə məqsədi və müəyyən qəti fikirləri olub" deyə bildirib".
Bir sıra xarici mətbuat nümayəndələri yazır ki, ABŞ Brüsselə Ukraynanı mümkün üzvlüyə razı salması üçün təzyiq edir. Brüssel də əlindən gələni əsirgəmir. Bunun üçün hətta Ukraynanın Aİ-yə üzvlüyünü üçlükdə müzakirə etmək haqqında da düşünməlidir.
Eyni zamanda, Rusiyanın və Aİ-nin Ukraynanın gələcəyini müzakirə obyektinə çevirməsi təəssüratını yaratmaq olmaz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB