“Cəmil Həsənlinin yaşı çox olsa da, bir qram da ağlı yoxdur” REPORTAJ

“Cəmil Həsənlinin yaşı çox olsa da, bir qram da ağlı yoxdur” REPORTAJ

Onun çox sadə bir ömür yolu var. Bütün adi insanların ömür yolu kimi...

Heç bir qeyri-adilik yoxdu tərcümeyi-halında. Orta məktəb illəri, texnikum təhsili, nəqliyyatçı kimi əmək fəaliyyəti. Haqqında söhbət açacağımız insan Sabir Allahverdiyevdir.

O, 1926-ci ilin 28 dekabrında anadan olub. Vaxtikən SSRİ Nəqliyyatçılarının Qurultayında çalışan Sabir dayının hazırda 87 yaşı var. Dünyagörmüş insandır. Xeyirxah işi isə Ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı cənab Prezident İlham Əliyevin Azərbaycanda gördüyü bütün işləri, uğurları gənc nəslə çatdırmaqdır. Sabir dayı bütün həyatında baş verən hadisələrdən bizləri də hali etdi.

Gəlin onun keçmiş həyatına bir nəzər salaq:

"Mən vaxtikən SSRİ Nəqliyyatçılarının Qurultayında çalışmışam. Sonrada isə bizi başqa yerə işləməyə ezam etdilər. Burada Ukraynadan bir yaxın insanla dost oldum və o, Azərbaycan sözünü eşidən kimi sevincini gizlətməyib mənə dedi ki, sizin lideriniz Heydər Əliyev çox nadir, tarixi şəxsiyyətlərdən biridir. Mən bir anlıq təəccüb hissi keçirdim ki, axı necə ola bilər bizə yad olan bir insan dahi şəxsiyyətimiz haqqında belə gözəl ifadələr səsləndirir. Mən Moskvadan gəldikdən sonra isə 10 may 2008-ci ildə Ulu öndər Heydər Əliyevin anadan olduğu ildə "Bakinskiy raboçiy" ("Bakı fəhləsi") qəzetinin redaksiyasına məktub yazdım. Sözün həqiqi mənasında biz Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti üçün nə qədər çətinliklərə sinə gələrək, ölkəmizin inkişafı istiqamətindəki səylərini görüb sevinirdik. Hələ Azərbaycan Xalq Cəbhəsi (AXC) hakimiyyətə gəldiyi vaxtlarda ölkəmiz qara çörək üzünə həsrət qalmışdı. Sonradan isə Ümummilli lider Heydər Əliyevin Moskvaya gələrək öz sözünü SSRİ dövlət rəhbərinə qarşı deməsi bütün xalqın sevincinə səbəb oldu, hər bir azərbaycanlıya sanki əlavə güc, qüvvət gəldi. Sonradan dahi şəxsiyyətin 1992-ci ildə hakimiyyətə gəlişi bütün bəlaların üzərimizdən götürülməsinə səbəb oldu. Bizim həqiqətən də həmin dövrdə sevincimizin həddi-hüdudu yox idi.

Sabir Allahverdiyev deyib ki, hazırda bu siyasi kurs cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Dövlət başçısı Azərbaycanın inkişafı istiqamətində bütün səylərini xalqdan əsirgəmir. Bu ilin 9 oktyabrda ölkəmizdə keçirilən prezident seçkilərində xalqın iradəsi sayəsində əldə olunan qalibiyyət ölkə başçısına olan etimadın və inamın bariz göstəricisi idi. Cənab Prezidentin regionlara səfəri, onun orada açılışını etdiyi zavodlar, müəssisələr, yollar və s. bizlərdə qürur hissi yaradır.

Mən özümə söz vermişdim ki, cənab Prezident növbəti prezident seçkilərində qalib gələrsə öz evimdə balaca muzey, sərgi təşkil edəcəm. Evimdə olan bu sərgi mənim dövlət başçısına olan hörmətimin hələ ən cüzi bir hissəsidir. Mən bütün həyatımı təmizliyə, dostluğa və yoldaşlığa sərf etmişəm. Mənim 87 yaşım olsa da öz fəaliyyətimdən heç bir zaman qalmayacam.

Hətta cənab Prezident İlham Əliyevin jurnalistlərə təqdim etdiyi yeni mənzillər biz ağsaqqalarda dövlət baçısına böyük rəğbət hissi yaratdı. Əvvəllər belə bir şey heç vaxt olmayıb. Mənim bu balaca sərgini nümayiş etdirməkdə əsas məqsədim odur ki, bizləri istəməyən, ölkəmizə xor baxan və daxilimizə olan qaragüruhçu müxalifətin kor gözlərini açmaqdır. Onlar görməlidirlər ki, Azərbaycan xalqı öz prezidentini necə sevir və ona inanır. Dövlət başçısı Azərbaycan və onun xalqı üçün mütəmadi olaraq əzmlə fəaliyyət göstərir. Mənimlə bərabər bütün ağsaqqalarımız cənab Prezidentimizi çox sevir. Artıq mənim ömrümə az qalıb. Çalışıram ki, gənc nəsil üçün nəsə bir xeyirxah iş görüm. Gənclərə tövsiyyəm odur ki, bəzi insanların şirin sözlərinə aldanmasınlar. Onlar əsas faktı görməlidirlər. Bilməlidirlər ki, paytaxt Bakımız, eləcə də regionlarımız günü-gündən necə inkişaf edir.

Amma çox təəssüf ki, müxalifət bunu görmək istəmir və ölkəmizə qarşı qarayaxmaqla məşğuldur. Cəmil Həsənlinin yaşı çox olsa da, amma bir qram da olsun ağlı yoxdur. Baxın görün ki, xarici ölkələrdə cənab Prezidentimiz necə səlis danışır (ingilis, rus və s.) öz fikirlərini aydın dünya ictimaiyyətinin diqqətinə çatdırır. Amma qaragüruhçu müxalifət hakimiyyətə gəlsəydi yenə də qara çörək üzünə həsrət qalacaqdıq. Məhz buna görə də biz dövlət başçısını sevməli və onun tutduğu düzgün yolu dəstəkləməliyik".

Qeyd edək ki, Sabir Allahverdiyevin 2 oğlu, 3 nəvəsi var. Xanımı rəhmətə gedən Sabir dayı17 ildir ki, tək-tənha yaşayır.

Bütün xəbərlər Facebook səhifəmizdə