Əli Orucov: “Müsavat Partiyasında xaos yaranacaq”

Əli Orucov: “Müsavat Partiyasında xaos yaranacaq”

"Rəhim Qazıyevin təxəyyülünün məhsulu olsa da, Müsavatda baş verən hadisələrdən hər şey gözləmək olar". Bu barədə SİA-ya AMİP funksioneri Əli Orucov Rəhim Qazıyevin Müsavat başqanı İsa Qəmbərin öz yerinə oğlunu gətirəcəyi ilə bağlı iddiasına münasibət bildirərkən söyləyib.

Onun sözlərinə görə, Müsavat başqanı İsa Qəmbər istefaya gedərsə, orada xaos yaranacaq: "Partiya daxilində müəyyən çaxnaşmalar və didişmələr gözlənilir. Ümumiyətlə, İsa Qəmbərin oğlu Turqut Qəmbərin Müsavat Partiyasının başqanı olması iddiası real səslənməsə də əslində, hər şey gözləmək olar".

Bütün xəbərlər Facebook səhifəmizdə