Elçin Mirzəbəyli: “Cəmil Həsənlinin iddalarının heç bir əsası yoxdur” MÜNASİBƏT

Elçin Mirzəbəyli: “Cəmil Həsənlinin iddalarının heç bir əsası yoxdur” MÜNASİBƏT

"Cəmil Həsənlinin ötən gün keçirdiyi mətbuat konfransında Azərbaycan Respublikası prezidentinin apardığı siyasi kurs və ölkədə aparılan hüquqi- siyasi islahatlarla bağlı səsləndirdiyi iddiaların heç bir əsası yoxdur". Bu sözləri SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının prezidenti ölkədəki bütün islahatları bilavasitə öz iradəsinə, özünün seçdiyi və apardığı siyasi kursa uyğun olaraq həyata keçirir: "Dövlət başçısının həyata keçirdiyi siyasətdə həmçinin Azərbaycan xalqının, ona səs verən seçicilərin istək və arzuları öz əksini tapıb. Cəmil Həsənli və "Milli Şura" adlanan, xarici ölkə maraqalarına xidmət edən qurumun bu prosesdə hər hansı bir formada rolu ola bilməz. Ona görə ki, bu insanlar yalnız ölkənin mənafeyi, maraqlarına zidd fəaliyyət göstərir və bu günə qədər də bu istiqamətdə fəaliyyətlərini ortaya qoyublar. Onlar ayrı-ayrı xarici qüvvələrin maraqlarına xidmət edirlər . Bu baxımdan da hesab edirəm ki, Cəmil Həsənlinin irəli sürdüyü iddiaların heç bir əsası yoxdur və o, ənənəvi qaydada "Milli Şura"dan olan bir qrup insana ümid vermək istəyib".

Bütün xəbərlər Facebook səhifəmizdə