Rauf Arifoğlu: "Prezident İlham Əliyevin ölkənin tanınmış media kapitanları ilə görüşünü yüksək dəyərləndirirəm"

Rauf Arifoğlu: "Prezident İlham Əliyevin ölkənin tanınmış media kapitanları ilə görüşünü yüksək dəyərləndirirəm"

"Mən prezident İlham Əliyevin ölkənin tanınmış media kapitanları ilə görüşünü, eləcə də, Onun "Jurnalistlərin dostu" mükafatına layiq görülməsini yüksək dəyərləndirirəm". Bu sözləri SİA-ya açıqlamasında "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu deyib.

Baş redaktorun fikrincə, ölkə rəhbərinin media kapitanlarının dediklərini diqqətlə dinləməsi, müəyyən problemlərin həll olunmasını müvafiq orqanlara yerindəcə tapşırması təqdirəlayiq və alqışlanmalı haldır.

R.Arifoğlu bəzi müxalifət qəzetlərinin, xüsusilə "Azadlıq" qəzetinin məsələyə qısqanc yanaşmasına da münasibət bildirərkən, maraqlı nüansa toxunub: "Mən "Azadlıq" qəzeti haqqında heç nə demək istəməzdim. Əgər bu qəzet haqqında fikir söyləsəm, qarşı tərəf məni düzgün anlamaz. Ona görə də, Azadlıq qəzeti barədə fikir bildirmirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə