Millət vəkili: "Çox təəssüf ki, kişilərin bir qismi orta əsr əhval-ruhiyyəsi ilə yaşayır" AÇIQLAMA
"Bu gün Azərbaycanda qadına qarşı zorakılıq bu sahədə mövcud olan problemlərdən öndə gedir". Bu sözləri SİA-ya millət vəkili Gövhər Baxşəliyeva qadın zorakılığı ilə bağlı danışarkən deyib. O bildirib ki, XXI əsrdə, müasir dövrdə, modern ölkədə yaşamağımıza baxmayaraq, çox təəssüf ki, kişilərin bir qismi, xüsusən də kəndlərdə və rayonlarda hələ də ortə əsr təfəkkürü, əhval-ruhiyyəsi ilə yaşayırlar.
Onun sözlərinə görə, mətbuatda son zamanlar bu kimi hallarla bağlı məlumat çoxluğu narahatçılığa səbəb olur: "Son zamanlar mətbuatda bu kimi hallarla bağlı yazılara daha çox rast gəlmək mümkündür. Bu, nə zamana qədər davam edəcək? Şəxsən məni bu cür məsələlər çox narahat edir. Düşünürəm ki, qadınları bu kimi zorakılıq hallarından birmənalı şəkildə müdafiə etməliyik".
Qadın zorakılığının qarşısının alınması ilə bağlı təklif irəli sürən millət vəkili bildirib ki, dərs proqramlarına, müasir ailə adlı xüsusi kurslar salmaq lazımdır: "Mənim bununla bağlı təklifim var. Dərs proqramlarında tələbələrə ailə münasibətləri ilə bağlı maarrifləndirilmə işləri aparılmalıdır. Bundan əlavə, kişilər üçün xüsusi kurslar keçilməlidir ki, bu kimi hallara yol verməsinlər. Biz bu kimi hallara yox deməli, qadınlarımızı müdafiə etməli, onlar üçün şərait yaratmalıyıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB