“168 jam”: “Ermənistanda tez-tez etiraz aksiyalarını görmək mümkündür”

“168 jam”: “Ermənistanda tez-tez etiraz aksiyalarını görmək mümkündür”

"Ermənistanda tez-tez etiraz aksiyalarını görmək mümkündür". Bu haqda SİA Ermənistanın "168 jam" nəşrinə istinadən xəbər verir.

Nəşr qeyd edir ki, etirazlara səbəb Ermənistandakı mövcud hakimiyyətin vətəndaşların istək və tələblərinə reaksiya verməməsidir: "Ermənistanın dövləti erməni icmasının istəklərini nəzərə almadan bildiklərini oxuyur. Bu da sözsüz ki, kütləvi etirazlara səbəb olur".

Erməni saytı qeyd edir ki, vətəndaşların tələblərinə reaksiya verməyən məmurların dəyişdirilməsi tələbi ilə etirazçılar hətta, istefaya getməli olanların siyahısını da tərtib ediblər. Lakin etirazçıların bu tələbləri də cavabsız qalarsa, nə olacağı məlum deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə