“Əhrar”–“El” qarşıdurması güclənir

Eldəniz Quliyev: “Görəsən, adamın başının yekə olması onun ağıllı olmasına dəlalət edirmi?”
“Əhrar”–“El” qarşıdurması güclənir
"Əhrar" Partiyasının sədri Vaqif Hacıbəyli ilə "El" hərəkatı rəsmisi Eldəniz Quliyev arasında yaşanan gərginlik artıb. SİA-nın məlumatına görə, E.Quliyev V.Hacıbəylinin ona qarşı söylədiyi fikirlərə daha sərt münasibət bildirib.

E.Quliyev V.Hacıbəylini mövqeyinə fikir bildirərkən deyib ki, onun opponentinin başı böyük olsa da onda ağıl yoxdur: "Vaqif Hacıbəylinin səviyyəsi, təfəkkürü, leksikonu və bu sayaq mülahizələri ziyalılığa uyğundursa, onda mən ən azından İspaniya kralıyam. İndi bütün dostlara və qeyri dostlara bir sual ünvanlayıram: Görəsən, adamın başının yekə olması onun ağıllı olmasına dəlalət edirmi? Edirsə, onda o adamın harada oldu, ağzına və ağlına nə gəldi deməyə ixtiyarı varmı və bu, ağız ishalı sayılmırmı? Sonuncu cümlələri Vaqif Hacıbəyliyə şamil etmirəm. Çünki qətiyyən onun səviyyəsinə düşmək fikrində deyiləm. Heç, Əhrara "Ar" da demirəm. İyi günlər!"

E.Quliyev bu arada "Yeni Müsavat"ın da bostanına daş atmağı unutmayıb: "Yeni Müsavat" iddia elədikləri kimi, həqiqətən obyektivdisə, qoy mənim cavab haqqımı tanısın".

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com