Vaqif Hacıbəylidən Eldar Namazova sərt reaksiya

Vaqif Hacıbəylidən Eldar Namazova sərt reaksiya

Əhrar partiyasının sədri Vaqif Hacıbəyli Eldar Namazov haqqında sərt fikirlər söyləyib. O, Rəsul Quliyevin Milli Şuraya qarşı söylədiyi təhqiredici fikirlərin Eldar Namazovu qətiyyən narahat etmədiyini vurğulamaqla onun bu qurumda icra orqanına rəhbərlik etməsini məntiqsizlik adlandırıb. Rüstəm İbrahimbəyovu da hadəfə alan Əhrar Partiyasının sədri onun Milli Şuraya sədr gətitilməsini yalnış verilmiş qərar adlandırıb.

SİA-nın əldə etdiyi məlumata əsasən, E.Namazov artıq V.Hacıbəylinin bu fikirlərini R.İbrahimbəyova çatdırıb. İbrahimbəyov isə öz növbəsində V.Hacıbəylinin Müsavata yaltaqlıq etdiyini bildirib.

Cahid Süleymanov

Bütün xəbərlər Facebook səhifəmizdə