Aydın Quliyev: “Prezidentin çıxışını mətbuat işçilərini məsuliyyətli olmağa çağırış kimi qiymətləndirirəm”
"Cənab İlham Əliyevin ikinci dəfə "Jurnalistlərin dostu" mükafatına layiq görülməsi Prezidentin mətbuata göstərdiyi dövlət qayğısının təzahürüdür". Bu fikirləri SİA-ya açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
Onun sözlərinə görə, Cənab Prezidentin bugünki mətbuatı təsir dairəsinə, cazibə qüvvəsinə görə ikinci hakimiyyət kimi dəyərləndirməsi mətbuata verilən böyük qiymətdir: "Mətbuatın bu cür qiymətləndirilməsi mətbuat nümayəndələrinin üzərinə düşən misiyanı layiqincə yerinə yetirməyə çağırışdır. Hakimiyyət birinci növbədə yüksək məsuliyyət və səlahiyyətlərin vəhdəti kimi başa düşülməlidir. Yəni, hakimiyyət güc vasitəsilə deyil, məsuliyyətlə idarə olunmalıdır. Hər bir jurnalist peşəsinə son dərəcə məsuliyyətlə yanaşmalı, öz peşəsini sevməlidir".
Aydın Quliyev onu da qeyd edib ki, əgər bu gün media böyük informasiya mənbələrinə, informasiya yayım vasitələrinə sahibdirsə yayımda yol verilən cuzi məsuliyyətsizlik dövlətlər arasında xoşagəlməyən fəsadlara səbəb ola bilər: "Cənab prezidentin mətbuatla bağlı çıxışını bugünki mətbuata verilən qiymət və mətbuat işçilərini məsuliyyətli olmağa çağırış kimi qiymətləndirirəm".
İntizarə MƏMMƏDOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB