“İranın başqa seçimi yox idi”

“İranın başqa seçimi yox idi”

"ABŞ və İran arasında Cenevrə danışıqlarından sonra vəziyyət xeyli dəyişib". Bu haqda politoloq Rüstəm Məmmədov SİA-ya açıqlamasında qeyd edib.

Politoloq bildirib ki, müharibənin başlanması üçün heç bir zəmin yoxdur: "Belə ki, İran bağlanan saziş əsasında yenidən Amerikanın maraqları çərçivəsinə qayıtdı".

R.Məmmədovun sözlərinə görə, İranın başqa seçimi yox idi: "İran dinc məqsədlər adı altında nüvə istehsalını həyata keçirirdi. ABŞ isə İranın üzərinə öhdəlik qoydu. İranın isə müharibə vəziyyətindən boyun qaçırması üçün yeganə çıxış yolu, məhz, sazişin bağlanmasında idi".

Bütün xəbərlər Facebook səhifəmizdə