Azər Ayxan Xədicə İsmayılı casus adlandırdı

Azər Ayxan: “Xədicə İsmayıl niyə başqa bir dövlətdən maaş alır?”
Azər Ayxan Xədicə İsmayılı casus adlandırdı

"Yeni Müsavat" qəzetinin baş redaktorunun I müavini, R.Arifoğlunun qardaşı Azər Ayxan Xədicə İsmayıl ABŞ-a işləməkdə ittiham edib. O, deyib ki, ABŞ-ın dövlət büdcəsindən maaş alanlar, xarici kəşfiyyatın ötürdüyü məxfi məlumatlarla jurnalist "araşdırması" aparıb qəhrəman olanlar öz ölkəsinin prezidenti ilə görüşən redaktorları az qala vətənə xəyanətdə suçlayırlar.

SİA-nın məlumatına görə, A.Ayxan bildirib ki, jurnalistin mövqeyi olmamalıdır, jurnalist kiməsə mükafat verməməlidir, jurnalist dövlətdən ev almamalıdır, yardım almamalıdır deyən həmkarlarımız.... haqlıdırlar: "Amma niyə özləri başqa bir dövlətdən maaş alır, mükafat alır, məxfi informasiyalara çıxış əldə edirlər? Və Amerikadan maaş, informasiya, həmçinin başqa şeylər alan təmizlik mücəssəməsi olan həmkarlarımız bir cümlə ilə də olsun çörəyini yedikləri dövlətin siyasətini tənqid edə bilərlərmi, Vaşinqtondan gələn göstərişlərdən, tapşırıqlardan boyun qaçıra bilərlərmi, "Amerika prezidenti filan məsələdə düz etmədi, o, istefaya getməlidir" yaza bilərlərmi? Buyurun, ortaya nümunə qoyun, Amerikanın işçisi olmaqdan imtina edin, onun məsələn, Misirlə bağlı siyasətini tənqid edin, biz də baxaq "halal olsun" deyək və sizin bu nümunəvi davranışınızdan örnək alaq. "Əsl jurnalist belənçik olmalıdır" deyək. Nə deyirsiz, varmısınız, yoxmusunuz?".

Xatırladaq ki, X.İsmayıl R.Arifoğlunu dövlət başçısının mətbuat nümayəndələri ilə görüşündə iştirak etdiyinə görə tənqid etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə