"Ermənistan Respublikasının hidroterror və hidrodiversiya aktları regional təhlükəsizliyə təhdid kimi"
Bu gün Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin(SAM) və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Heydər Əliyev adına Coğrafiya İnstitutunun birgə təşəbbüsü ilə "Ermənistan Respublikasının hidroterror və hidrodiversiya aktları regional təhlükəsizliyə təhdid kimi" kimi mövzusunda elmi-praktiki konfrans keçirilir. SİA-nın məlumatına görə, konfransda SAM-ın direktoru Fərhad Məmmədov, AMEA-nın müxbir üzvü, professor akademik Heydər Əliyev adına yanında Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov, AMEA Yer elmləri bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Fəxrəddin Qədirov, Milli Məclisin deputatı Rövşən Rzayev, AMEA-ın müxbir üzvü, professor, Radiasiya Problemləri İnsitutunun direktoru Adil Qəribov və digər qonaqlar iştirak ediblər.
Çıxış edənlər "Regional münaqişələrin yaranmasında su amili", "Ermənistanın işğal etdiyi ərazilərdə mümkün hidrodiversiya aktları və onların qarşısının alınması yolları", "NATO və TACİS proqramları çərçivəsində Kür və Araz çaylarının ekoloji vəziyyəti ilə bağlı Cənubi Qafqaz dövlətlərinin birgə layihələrin nəticələri" və digər mövzuları müzakirə ediblər.
Konfransın sonunda isə müzakirə olunan mövzu ilə bağlı 2014-cü ildə Bakıda beynəlxalq konfransın keçirilməsi haqqında qərar qəbul ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB