Rusiya hərbi bazasının yerləşdiyi Gümrü şəhəri bağlanacaq. Bu haqda SİA Ermənistanın "Haykakan Jamanak" nəşrinə istinadən xəbər verir. Erməni nəşri qeyd edir ki, Gümrüyə gediş-gəliş məhdudlaşdırılacaq və şəhərə giriş yalnız xüsusi icazə ilə mümkün olacaq.
Şəhərin bağlanması hətta Rusiya dövlət başçısı Vladimir Putinin Ermənistana səfəri zamanı da müzakirə obyekti olub.
Şəhərin giriş və çıxışına məhdudiyyətin qoyulması da məhz Rusiya hərbçilərinin şərti əsasında reallaşdırılıb. Belə ki, orada 102-ci hərbi baza yerləşdirilib. Lakin erməni nəşri qeyd edir ki, son zamanlar bu tendensiyaların və şərtlərin sahəsində görülən işlər yetəri qədər inkişaf etməkdədir. Ermənistanın müdafiə nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan isə məsələ ilə bağlı belə deyib: "Mən Rusiya hərbi bazasına aid heç nə şərh etmək hüququna malik deyiləm".
Xatırladaq ki, şəhərə gediş-gəlişin məhdudlaşdırılacağı erməni icması tərəfindən qorxu və təşvişlə qarşılanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB