Qənirə Paşayeva: “Ölkə başçısının sərəncamı bəzi insanlara tutarlı cavab oldu”
"Bu gün dünyanın hər yerində fəxrlə deyə bilirik ki, şərqdə ilk Cümhuriyyət, ilk parlamentli respublika məhz Azərbaycan olub. Ona görə də, Azərbaycan Cümhuriyyətinin banisi, qurucusu Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin dövlət səviyyəsində keçirilməsinə dair Prezident İlham Əliyevin Sərəncamını tarixi hadisə kimi qiymətləndirirəm". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Qənirə Paşayeva deyib.
Onun sözlərinə görə, sözügedən sərəncam dövlətçiliyimizə dair bəzi əssasız fikirlər səsləndirən insanlara tutarlı cavab oldu: "Öz maraqlarını güdən bəzi qüvvələr tarixi şəxsiyyətlərə diqqətin olmadığından şikayətlənirdilər. Cənab Prezident bir daha göstərdi ki, Azərbaycan dövlətinin tarixində müstəsna xidmətləri olan şəxsiyyətlərə, dövlət xadimlərinə, ziyalılara hər zaman diqqət olub və olacaq. Bu günə qədər Cümhuriyyət qurucuları ilə bağlı müxtəlif addımlar atılıb. Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin Gürcüstanda olan qəbirlərinin yerləşdiyi ərazi abadılaşdırılıb. Əli Mərdan bəy Topçubaşovun qəbirüstü abidəsi ucaldılıb və s. Bu istiqamətdə görülən işlərin sayı hesabı yoxdur".
Millət vəkili onu da qeyd edib ki, Prezidentin Sərəncamı təkcə Azərbaycanda yaşayan soydaşlarımız tərəfindən deyil, eyni zamanda dünyanın hər yerində yaşayan soydaşlarımız tərəfindən də müsbət qarşılandı: "M.Ə.Rəsulzadənin 130 illik yubileyinin silsilə tədbirlər şəklində təntənəli sürətdə qeyd olunması, bütün dünyanın tariximizin həmin səhifələrinə daha aydın nəzər salmağına gətirib çıxaracaq. Bununla da, Cümhuriyyətin qurulmasında xidmətləri olan hər bir kəsin ruhu şad olacaq.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB