Elman Abdullayev: “Bu, Azərbaycan xalqı və dövləti üçün böyük məsuliyyətdir” AÇIQLAMA
"Azərbaycan və Ermənistan prezidentlərinin Avstriyanın paytaxtı Vyanada keçirdikləri görüş birmənalı şəkildə müsbət bir addım kimi dəyələrləndirilir". Bunu SİA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib.
XİN sözçüsünün sözlərinə görə, Azərbaycan tərəfi dəfələrlə qeyd edib ki, biz münaqişənin diplomatik yolla, yəni danışıqlar vasitəsilə həllinin tərəfdarıyıq: "Ölkəmizin ərazi bütövlüyü heç bir zaman müzakirə obyekti olmayıb və bundan sonra da olmayacaq. Elə məhz danışıqların da əsas məqsədi Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasına yönəlib. Bu gün Azərbaycan bütün dünya ictimaiyyətinə (ATƏT-in Minsk qrupunun həmsədlərinə, qonşu ölkələrə, beynəlxalq təşkilatlara və s.) göstərir ki, ölkəmiz tezliklə münaqişənin həll olunmasının tərəfdarıdır və danışıqlara açıqdır. Əsas məqsəd təbii ki, nəticəyə nail olmaqdır. Bu gün Azərbaycan dünyada fərdbaşına ən çox qaçqın və məcburi köçkünü olan ölkədir. Bu, Azərbaycan xalqı və dövləti üçün böyük bir məsuliyyətdir. Cənab Prezident İlham Əliyev də dəfələrlə qeyd edib ki, ölkəmizin ərazi bütövlüyü və suverenliyi gec-tez bərpa olunacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB