AŞPA Bürosunun hesabatı prezident seçkilərinin obyektiv gerçəkliklərini əks etdirir
"Avropa Şurası Parlament Assambleyası Bürosunun Avstriyanın paytaxtı Vyanada keçirilmiş toplantısında Azərbaycanda prezident seçkilərinin nəticələrinə dair hesabatında əks olunan fikirlər ölkəmizdə keçirilən prezident seçkilərinin obyektiv gerçəkliklərini əks etdirir". Bu fikirləri SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli deyib.
E.Mirzəbəyli deyib ki, bu il Azərbaycanda keçirilən prezident seçkiləri beynəlxalq hüquq normalarına tam uyğun şəkildə təşkil edilib və AŞPA Bürosunun iclasında qəbul edilən hesabat da beynəlxalq təşkilatların Azərbaycanda keçirilən prezident seçkilərinə verdiyi qiymətin təzahürüdür.
Qeyd edək ki, Avropa Şurası Parlament Assambleyası Bürosunun Avstriyanın paytaxtı Vyanada keçirilmiş toplantısında Azərbaycanda prezident seçkilərinin nəticələrinə dair hesabat müzakirə olunub. Azərbaycan üzrə hesabat müsbət qiymətləndirilib və bu seçkilərin nəticələri səslərin bölüşdürlməsini əks etdirdiyini və Azərbaycan xalqının iradəsini ifadəsi kimi hesab olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB