Təmraz Tağıyev: “İsa Qəmbər niyə bu suala cavab vermir?”

Təmraz Tağıyev: “İsa Qəmbər niyə bu suala cavab vermir?”

"İsa Qəmbərin Müsavat başqanı kimi səlahiyyət müddəti 2 il əvvəl bitib. Ancaq hələ də başqanlıqdan getmir. Qurultay adı ilə insanları aldadır, hər gün gündəmə bir təxribatçı mövzu salır. İsa Qəmbər desin görək, səlahiyyət müddəti başa çatsa da niyə istefa verib getmir? Bir çoxları istəyir ki, o bu suala cavab versin, bəs niyə cavab vermir?".

Müsavat Partiyasında başqanlıq üstündə səngimək bilməyən ziddiyyətlərə, dava-dalaşlara münasibət bildirən YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev bu fikirləri SİA-ya açıqlamasında bildirib.

O qeyd edib ki, İsa Qəmbər 20 illik fəaliyyətində heç bir uğura imza ata bilməyib və bunu bütün müsavatçılar görür, hiss edir: "Ona görə də onun heç bir nüfuzu olmayan partiyada başqanlıqda qalmaqdan başqa yolu yoxdur. Ona lazımdır ki, qrantlar almaqla öz şəxsi mənafeyinə xidmət eləsin. Bunun üçün də partiyada başqan olmaq lazımdır. Odur ki, Müsavatın qurultay adı ilə fırıldaqlar işlətməsi başa düşüləndir".

Bütün xəbərlər Facebook səhifəmizdə