Hafiz Hacıyev: “Rüstəm İbrahimbəyovun nə Qəmbərov İsaya, nə də Kərimov Əliyə etibarı var” AÇIQLAMA
"Rüstəm İbrahimbəyov hər zaman müsahibələrində bildirib və göstərib ki, özündən başqa heç kimə xüsusilə də nə Qəmbərov İsaya, nə də Kərimov Əliyə etibarı var". Bunu SİA-ya Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev müxalifətin yeni dönəmdə qarşıdurma yaşamasına münasibət bildirərkən deyib.
Partiya sədrinin sözlərinə görə, Rüstəm İbrahimbəyovun özü də çox gözəl bilir ki, həmkarları da onun kimi xarici kəşfiyyata işləyir: "Azərbaycanda Qəmbərov İsa ömür boyu agent şəbəkəsinin üzvü olub. Buna Qəmbərov İsanın ötən gün Gürcüstanda Rüstəm İbrahimbəyovla deyil, erməni diasporasının üzvləri ilə görüşünü nümunə olaraq göstərə bilərik. Hətta, R.İbrahimbəyov onu da çox gözəl bilir ki, özü kimi bunlarda satqındır. Təbii ki, bu satqın adamlar da heç nəyə nail ola bilməyəcəklər. Hətta, onların özləri də dönə-dönə bildiriblər ki, gündüz müxalifət, gecə isə iqtidar olurlar. Burada sadəcə olaraq mövqe müharibəsi gedir. Onlar mütəmadi olaraq çalışırlar ki, xaricdən gələn qrantları bölüşdürsünlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB