Şəkidə Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 21-ci il dönümü ilə bağlı tədbir keçirilib. Tədbirdə YAP Şəki təşkilatının idarə heyətinin üzvləri, fəallar iştirak edib. Əvvəlcə tədbir iştirakçıları mərkəzin qarşısında Heydər Əliyevin abidəsi önünən gül dəstələri qoyublar. Sonra tədbir iştirakçıları mərkəzdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən foto şəkillərə baxış keçiriblər.
Daha sonra mərkəzin foyesində tədbir davam etdirilib və YAP Şəki təşkilatının sədri Həsən Həsənov çıxış edərək, Yeni Azərbaycan Partiyasının yaranmasından danışıb: "Siyasi partiyalar adətən liderin təşəbbüsü ilə tərəfdarlarının birləşməsi nəticəsində yaranır. YAP isə o dövrün ziyalılarının təşəbbüsü ilə Heydər Əliyevə müraciət olunub və Ulu Öndərin liderliyi qəbul etməsilə yaranıb".
Tədbirdə YAP Şəki təşkilatı Qadınlar Şurasının sədri Zərinə Cavadova, sədrin müavini Vüqar İskəndərov və idarə heyətinin üzvü Firqət Məmmədov çıxış edərək partiyanın keçdiyi tarixi yoldan, qazandığı zəfərlərdən, gənclərə diqqətdən və s. barədə danışılar.
Sonda YAP sıralarına yeni qoşulan üzvlərə üzvlük biletləri təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB